"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 31-cu turunda "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Vacib üç xal və qələbə qazandıq. Birinci hissə bizim üçün daha rahat keçirdi. 2 top fərqi ilə irəlidə idik. "Sumqayıt" haqda oyunçularımıza məlumat vermişdik. Onlara rəngarəng və baxımlı futbol oynayan komanda olduğunu xatırladırdıq. Vaqif Cavadovun böyük rolu var. Maraqlı işlər görür. Xüsusilə də hücum fazasında diqqət cəlb edən həmlələr edir. İkinci hissənin əvvəlində qol buraxdıq. O qoldan sonra komandamın üzərində müəyyən stress yarandı. "Sumqayıt" irəli getməyə başladı. Dəyişikliklərlə hücum potensialını gücləndirdilər. Biz də məcburiyyətdən daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Amma onların da çoxlu epizodları var idi. "Sumqayıt" hesabı bərabərləşdirə bilərdi. Şükür Allaha, üçüncü qolu biz vurduq və qələbə qazandıq. "Sumqayıt"a uğurlar arzulayıram.
- Qalib gəlməsəydiniz, "Qarabağ" çempion olacaqdı. Bu məqam motivasiyasınızı artırırdı?
- Açığı, bu barədə heç düşünmürdük. Çünki aydın məsələdir ki, onlar çempiondur. Sadəcə formallaşdırmaqları qalıb. Biz hazırda yalnız özümüzü və mümkün qədər yüksək yerlərdə olmağı düşünürük. Heç oyun vaxtı o haqda düşünmürdüm. İkinci qolu buraxsaydıq da, futbolçularıma o qədərd də qəzəblənməyəcəkdim. Stresli dönəmlərdir. Son turlar yaxınlaşdıqca, müəyyən təzyiq olacaq. Kim stressi yaxşı idarə edəcəksə, o komanda daha da uğurlu olacaq.
- "Kocaelispor" yenidən Superliqaya qayıtdı. 16 il qabaq onlar son dəfə Superliqada olanda, siz də orada oynamışdınız...
- Çox sevindim. O komanda, şəhər və azarkeşlər yüksək liqada oynamağa layiqdir. Xüsusilə zarkeşlər adına çox sevindim. Möhtəşəm stadion tikilib. "Bursaspor", Kocaelispor" kimi komandalara yüksək liqada oynamağa layiqdirlər. Çox sevinirəm ki, "Kocaelispor" Superliqaya yüksəldi. Onlara azarkeşlik edəcəyəm.
- Ötən həftə Neftçi ilə oyunda Stefan Akaya qarşı rəqib azarkeşlər tərəfindən irqçilik edilmişdi. Bu gün Aka oyunu tribunadan izləyirdi. Onun psixoloji və fiziki durumu nə yerdədir?
- O epizod haqda hansısa məlumatım yoxdur. Bu haqda məlumatsızam. Zədəyə görə onu həmin oyunda dəyişmək istəyirdik. Davam etmək istədi və zədəsi ağırlaşdı. Artıq 2-3 həftə oynamayacaq. Amma ikinci hissədə göstərdiyi oyunu zədəyə dəyərdi. Çünki çox vacib qələbə qazandıq. Aka çox gözəl qəlbli, xarakterli insandır. Açığı, irqçi şüarları eşitməmişəm. Bəlkə, şüar eşitsəydik, nəsə demək olardı. Yəqin, bir nəfər deyib. Bunu da sırf "Neftçi" azarkeşlərinə bağlamaq doğru deyil.
- Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu, sizin yerlilərlə bağlı planlarınıza təsir edəcək?
- Yox, müqavilə ilə bağlı planlarımızı dəyişmir. Amma rəqabət olacaq. Güclü olan oynayacaq. Biz DAK-la səfər matçında 5 yerli ilə oynamışdıq. Orada limit yox idi. Oyunçudan asılıdır. Rəqabətə qarşı kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerlilərimiz var. Kimsə müqavilə var, kimsələrlə uzadacayıq.
- Danışıqlar apardığınız futbolçular var?
- Var. Danışacağımız futbolçular da var. Amma çox futbolçu bizimlə davam edəcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu