“Qalib gəldiyimiz üçün sevincliyik. Tam olaraq “Neftçi” ilə matça fokuslanmışdıq. Düşünürəm ki, daha çox qol vura bilərdik”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Misli Premyer Liqasının 31-ci turunda “Neftçi” üzərində qazanılan qələbəni (3:0) şərh edərkən deyib.
O, çempionluğu rəsmiləşdirmək üçün “Zirə”nin büdrəməsinə ümid etmədiklərini vurğulayıb: “Çempionluğa çox yaxınıq. Qızıl medalları əldən verməyimiz mümkünsüz görünür. Bunun üçün gərək biz 5 oyunun hamısında uduzaq, “Zirə” isə 6 matçda da qalib gəlsin. Təbii ki, bizim ardıcıl 5 oyunda məğlub olmağımız qeyri-realdır. Deyə bilərik ki, biz çempionuq. “Zirə”nin “Sumqayıt”la matçda xal itirib-itirməməsi barədə düşünmürük. İnşallah növbəti turda çempionluğumuzu rəsmiləşdirərik”.
Əlcəzairli futbolçu “Araz-Naxçıvan”a qarşı keçiriləcək ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçından da danışıb: “Artıq kubok oyununu düşünməliyik. Bizi qarşıda çətin görüş gözləyir. “Araz-Naxçıvan”a ilk oyunda uduzsaq da, vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik”.
Y.Benzia son günlər mətbuatda karyerasını yeni mövsümdən Səudiyyə Ərəbistanıda davam etdirəcəyi barədə yayılan xəbərlərə belə münasibət bildirib: “Mənim iyuna qədər “Qarabağ”la müqaviləm var. Rəhbərliklə yeni sözləşmə barədə danışıqlarımız gedir. Burada olmaqdan xoşbəxtəm. İnşallah, hər şey yaxşı olacaq”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər