“Yaxşı oyun göstərdik. Qol vurmaq üçün xeyli şansımız var idi”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Misli Premyer Liqasının 31-ci turunda “Neftçi”ni 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə jurnalistlərə danışarkən deyib.
Kabo-verdeli futbolçu qeyd edib ki, hesab arasındakı fərq daha böyük ola bilərdi: “Matçı daha yaxşı yekunlaşdıra bilərdik. Bir neçə dəfə dördüncü qolu vurmağa yaxın olduq. Lakin şanslarımızı boşa verdik. İstənilən halda qələbə qazandıq və buna görə xoşbətik. Artıq növbəti görüşləri düşünməliyik”.
Andrade Ağdam klubunun erkən çempion olmaq ehtimalına belə münasibət bildirib: “Bilirik ki, “Zirə” “Sumqayıt”la oyunda xal itirsə, çempionluğu rəsmiləşdirəcəyik. Təbii ki, hamı çempion olmaq istəyir. Bu, bizim arzumuzdur. Amma rəqiblər barədə düşünmürük. Biz üzərimizə düşəni edirik. Çempionluğu erkən təmin etsək belə, sona qədər matçlara ciddi yanaşacağıq”.
O, kubokun yarımfinal matçından da söz açıb: “Cavab oyununda qalib gəlmək istəyirik. Motivasiyamız yüksəkdir. İlk matçda uduzmuşuq. “Araz-Naxçıvan” güclü rəqibdir. Bununla belə, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz finala yüksəlməkdir”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər