"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 31-ci turunda "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Yaxşı ki, qalib gəldik. Xarakter göstərdik. Son dəqiqələrdə qol vurduq. Çoxdandır ki, bu bizdə çatışmırdı. Amma mənfi cəhət odur ki, iki qol buraxmışıq. Son matçlarda çox qol buraxırıq.
- Demək olar ki, bu dəqiqədən etibarən "Neftçi" ilə kubok oyununu düşünürsünüz?
- Bəli, əlbəttə. Elə buna görə bugünkü matçda çoxlu əvəzetmə etdik ki, futbolçular 90 dəqiqə oynamasın.
- Maqsud Adıgözəlov açıqlama vermişdi ki, kubokda finala çıxmasanız belə, sizi istefaya göndərməyəcəklər. Bəs, siz özünüz necə, finala vəsiqə qazana bilməsəniz, istefa haqda düşünəcəksiniz?
- Prinsipcə uğurlar və nəticələr olmadıqda mənim özüm üçün də bir yerdə qalmaq çətindir. Ancaq gələcəkdə nələrin necə olacağını bilmirəm. Vəziyyətə baxacağıq. İndi "Neftçi" ilə oyuna hazırlaşırıq. (sportal.az)
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər