Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 30-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə klub 800 manat cərimələnib.
“Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz”un 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
Həmin matçın 19-cu dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klub 4000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Bu görüşdə "Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klubu 800 manat cərimələnib.
Sözügedən oyunda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Turan Tovuz” 1000 manat cərimə edilib.
Eyni matçın 45+2-ci dəqiqəsində “Sabah”ın 18 nömrəli futbolçusu Pavol Safranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimələnib.
“Sumqayıt” – “Şamaxı” oyununda “Şamaxı”nın fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə klub 500 manat cərimə edilib.
“Kəpəz” – “Araz-Naxçıvan” görüşündə “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə klub 500 manat cərimələnib.
“Neftçi” – “Zirə” oyununda “Neftçi”dən 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 700 manat cərimələnib.
Bu matçda “Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” klub 2000 manat cərimə edilib.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək