Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində ötən gün keçirilən “Neftçi” - "Sabah” matçı (1:2) mübahisəli hakim qərarı ilə də yadda qalıb.
QOL.az xəbər verir ki, əvcəlcə “Sabah”ın baş məşqçisi Vasili Berezutski hakim idarəçiliyini tənqid edib.
Matçın baş hakimi Əliyar Ağayev, köməkçiləri Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov (ehtiyat hakim), VAR hakimi Rauf Allahverdiyev, AVAR hakimi isə Kamran Bayramov olub.
Rusiyalı mütəxəssis görüşdən sonra mətbuat konfransında qısa açıqlamasında 11 futbolçuya və 3 hakimə qarşı oynadıqlarını bildirib. Berezutski jurnalistlərin suallarını cavablamadan mətbuat konfransını tərk edib.
“Sabah”ın narazı qaldığı əsas epizod isə matçın 90+1-ci dəqiqəsində Coy-Lens Mikelsin ayağına rəqibin cərimə meydançasında “Neftçi”nin futbolçusu Yuri Matias tərəfindən zərbə vurulduğu andır. Oyunun baş hakimi Əliyar Ağayevin bu epizodda penalti təyin etməməsi qonaqların etirazına səbəb olub. Bununla bağlı VAR tərəfdən müdaxilə olmaması da Vasili Berezutskini narazı salıb.
Mikelsin ayağına zərbənin şiddətli olması matçdan sonra yayılan şəkillərdən də görünür.

AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov QOL.az saytına açıqlamasında həmin epizodu şərh edib. Məmmədovun fikrincə, bu məqamda hakimlər səhvə yol veriblər:

“Ümumən hakim oyunu çox yaxşı idarə etdi. Yalnız bir epizodda səhvi oldu. Ona qədər isə heç bir səhvi yox idi. Mikelsin ayağına zərbə vurulan epizoda görə penaltinin verilməməsi isə VAR hakiminin günahıdır.
“Neftçi”nin qapısına penalti verilməli idi. Amma VAR heç bir müdaxilə etmədi. Ölkə kubokunun yarımfinal oyunudur və bir oyunda VAR-a Nicat İsmayıllını (“Araz Naxçıvan” - “Qarabağ” matçında), o birinə Rauf Allahverdiyevi qoyurlar. Onlar VAR-da nə ilə məşğul idi? Rauf hakimi çağırıb heç bir şey deməyib. VAR-a qoyulmalı idi İnqilab Məmmədov, Rəvan Həmzəzadə, Kamal Umudlu. Kamal FİFA hakimidir, niyə onu 4-cü hakim kimi göndərirsən? Niyə VAR-da oturmur? Rauf Allahverdiyev və Nicat İsmayıllı bilmir axı. Onlardan hakim olmayacaq”.
“Sabah”ın narazı qaldığı epizod
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər