Türkiyə kubokunun 1/4 finalında keçirilən “Fənərbaxça” - “Qalatasaray” (1:2) matçındən sonra qalmaqal baş verib.
QOL.az xəbər verir ki, matç başa çatandan sonra komandaların baş məşqçiləri arasında xoşagəlməz anlar yaşanıb.
“Fənərbaxça”nın çalışdırıcısı Joze Mourinyo rəqib baş məşqçi Okan Burukun burnundan tutub. O.Buruk isə bundan sonra yerə yıxılıb. Baş verənlərdən sonra stadionda ara qarışıb.
Oyundan sonra keçirilən mətbuat konfransında Okan Buruk hadisə ilə bağlı bunları deyib: “Mənim onunla aramda heç nə baş vermədi. Mən hakimləri təbrik etdim, o da təbrik etdi. Mən gedərkən onun arxadan bir müdaxiləsi oldu. Burnumda bir cızıq yaranıb. Çox da şişirtmək istəmirəm, amma bu, xoş bir hərəkət deyildi. Oyun öncəsi və sonrası bir-birimizin əlini sıxmalı idik, amma dediyim kimi, bu o qədər də vacib deyil. Baş verənləri şişirtməyəcəyəm.”
Qeyd edək ki, "Qalatasaray" səfərdə 2:1 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı