"İki fərqli ot örtüyündə oynamaq çətindir. Həmçinin iki fərqli iqlimi olan ölkədə oynayırıq".
QOL.az xəbər verir ki, bu sözləri Belarus millisinin baş məşqçisi Karlos Alos Azərbaycan yığması ilə sabah keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
O, komandasında hər hansı itkinin olmadığını bildirib: "Bundan əvvəl Türkmənistanda oyunumuz olmuşdu. Orda həm süni örtükdə oynamışdıq, həm də hava isti idi. Amma bura tez gəlmişik. Adaptasiya keçmişik və hazırıq. Hamı oyuna hazırdır. Hər hansı problem yoxdur. Bircə qalır sabahkı oyunun heyəti üçün yekun qərarın verilməsi".
K.Alos qeyd edib ki, Haitiyə 0:3 hesabı ilə uduzması və Millətlər Liqasındakı uğursuzluqların yaratdığı təzyiq Azərbaycan millisi üçün sabahkı oyunda çətinlik yaratmamalıdır: "Futbolda hər zaman təzyiq var. Biz də məğlub olsaq, təzyiq altında olacağıq. Rəqibimiz çox yaxşı komandadır. Onlara hörmətlə yanaşırıq. Biz Azərbaycandakı son oyunumuzda uduzmuşduq. Bu məğlubiyyət də komandamız üçün motivasiya ola bilər. Sabah meydana qələbə üçün çıxacağıq. Eyni zamanda nələrisə sınaqdan keçirməyə çalışacağıq. Çünki bu, yoldaşlıq oyunudur".
İspaniyalı mütəxəssis "Fernando Santuşun artıq bir oyun stili var. Siz də ona uyğun hazırlıqlarınızı aparmısınız" sualını isə belə cavablandırıb: "Santuş top səviyyəli məşqçilərdəndir. Ona hörmətim böyükdür. Klub səviyyəsində “Porto”, “Benfika”, milli səviyyədə isə Portuqaliya kimi komandaya rəhbərlik edib. Oyun üslubuna gəldikdə, şərtlər və oyunçular fərqli olub. Ona görə də fərqli komandalarla oyun üslublarını müqayisə etmək çətindir. Biz sadəcə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, Azərbaycan - Belarus oyunu sabah saat 21:45-də başlanacaq.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda