Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Belarusla sanah keçiriləcək yoxlama oyunu ilə bağlı mətbuat konfransı keçirib.
QOL.azxəbər verir ki, portuqal mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Səbuhi Abdullazadəni mətbuat konfransına gətirilməsi onu göstərir ki, sabah start heyətində yer alacaq? Ümumiyyətlə, hansı dəyişikliklər olacaq?
- Elvin Cəfərquliyevdən savayı bütün oyunçular sabah şans qazana bilərlər. Səbuhi də onlardan biridir, oynamaq ehtimalı var. Dəyişikliklər olacaq. Bəzi oyunçular dincələcək. Ardıcıl iki oyun oynamaq asan deyil. Oyunçuların çoxu oruc tutur. Buna da hörmətlə yanaşırıq. Həmin vəziyyəti nəzərə alaraq, dəyişikliklər olacaq. Meydanda daha istəkli olmalıyıq. Müdafiədə daha inamlı çıxış etməliyik. Buraxdığımız qolların çoxu sadə epizodlardandır. Haiti ilə görüşdə təhlükəli epizodlar yaratdıq. Ancaq hücumların sonu olmadı. Sabah qol vurmaq istəyirik. Futbolda belə hallar olur, epizodlar yaradırsan, qol vura bilmirsən... Digər matçlarda isə bəhrəsini görürsən. Müdafiədə daha diqqətli olmalıyıq. Belə davam etməklə yuxarı səviyyədə rəqabət apara bilmərik. Hücumda isə qol epizodlarımız var.
- Qələbəniz yoxdur, amma baş məşqçi postundasız. Qalibiyyət üçün nə qədər gözləməliyik?
- Hər oyunda qalib gəlmək üçün imkanlarımız olur. Qələbəyə hamılıqla inanmalıyıq. Ümid edirəm ki, ilk qələbə sabahkı matçda yaşanacaq. Daha inamlı müdafiə olunmalıyıq. Hücumda yaradılan qol epizodlarından da istifadə etmək lazımdır. Bunları etsək, qələbə gələcək.
- Haiti millisi ilə oyundan sonra bildirmişdiniz ki, müdafiədə oynamalıyıq. Hansısa dəyişiklər düşünmüsünüz?
- Hələ son qərar verilməyib. Bu gün son məşqimiz olacaq.
- Həmin görüşdən sonra onu da bildirmişdiniz ki, komanda meydana məğlub olmaq üçün çıxmışdı. Bunu emosiyalara qapılaraq demişdiniz, yoxsa necə?
- Mən belə deməmişəm. Fikrim o idi ki, meydana giririk və dərhal məğlub olmağa başlayırıq. Sonra bildirdim ki, komanda birinci hissədə qol epizodları yaratdı, sadəcə onları yekunlaşdıra bilmədik. İkinci hissədə dəyişiklik etmək istədik. Amma ikinci qoldan sonra komanda təslim olmuşdu. Oyunçular hər zaman istəkli olmalıdırlar ki, qalib gəlsinlər. Futbolçularımızda belə düşüncə var ki, qol buraxan kimi həvəsdən düşürlər.
- Sabah qapıda Rza Cəfərova şans verəcəksiniz? Şahruddin Məhəmmədəliyevin son oyundakı performansı aşağı görünürdü...
- Kimlərin oynayacağını deyə bilməyəcəm. Analizlər edirsiniz, bunlar fərdi analizlərdir. Bu oyunçu yaxşı oynadı, pis oynadı, fərdi təhlildir. Heç vaxt komanda adından danışmırsınız. Udanda birlikdə uduruq, uduzanda da birlikdə uduzuruq. Mental olaraq dəyişməliyik.
- DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblər bəllidir. Bu qrupda sizin futbol fəlsəfənizi görəcəyik?
- Bu haqda şərh verməyəcəm. Həmin oyunlar iki-üç aydan sonra başlayacaq.
- Daim mental məsələlərdən şikayətlənirsiniz. Demək ki, mental məsələləri düzəldə bilmirsiniz. Bəs bunun axırı necə olacaq?
- Cəmi 7 oyundur ki, buradayam. Ümid edirəm ki, tez bir zamanda bu problem aradan qalxacaq. Daim oyunçularla danışıram. Hər dəfə oyunçulara mesaj ötürməyə çalışıram. Fərdi də danışıram, kollektiv şəkildə də. Oyunçunun özündən də çox şey asılıdır. Onlar da bunu dərindən dərk etməli və baryeri keçməlidirlər. Bu problemi birlikdə çözməliyik. Bu işdə siz jurnalistlər, azarkeşlər də çox vacibsiniz. Nə qədər bir olacağıqsa, eyni istiqamətdə addımlayacağıqsa, bir o qədər asan olacaq. Futbolda çox təcrübəm var. Futbolçu rəhbərlik, məşqçi, jurnalist, azarkeş tərəfdən dəstək görməlidir. Dəstək olmayanda, futbolçu qorxaraq addımlayır. Səhv etmək insana xas olan məsələdir. Hər dəfə səhv edəndə "öldürmək" olmaz, dəstəkləmək lazımdır. Həyatda səhv etməyən biri var? Mən də səhv etmişəm. Ən önəmlisi odur ki, dəstək olaq. Onda futbolçunun özünəinamı da olur, təkcə tənqid etmək lazım deyil. Hər birimiz belə olmağa, yaxşı getməyəndə də oyunçuları dəstəkləməyə çağırıram. Övladını ancaq yaxşı olanda tərifləmək düzgün deyil. Onlar nəyisə düzgün etməyəndə də dəstəkləmək lazımdır. Milli komanda bu deməkdir.
- Azərbaycan millisi kollektiv şəkildə yaxşı mübarizə apara bilir?
- Azərbaycan millisi kollektiv şəkildə yaxşı oynamır. Komanda şəklində müdafiədə çox zəif çıxış edirlər. Müdafiə cəhətdən komanda kimi zəifik. Amma burada sadəcə müdafiədə oynayanları, ya da qapıçını demirəm. Kimsə yuxarı səviyyədə olmaq istəyirsə, belə qollar buraxmaq olmaz. Hazırda millimizin ən böyük problemi kollektiv şəkildə müdafiə oluna bilməməkdir. Aqressivlik də çatışmır. Komanda şəklində hamımız arxada otura bilərik. Amma istək və aqressivlik olmayanda... Bura gəldiyim gündən eyni şeyləri təkrar edirəm. Qapımızda çox asan qollar buraxırıq. Yalnız qapıya zərbələri, hücumları bitirmələri çalışdıq. Bir məşq ona həsr etdik. Ondan qabaq müdafiədən çıxışı məşq etdik. Qapısında çox qol buraxan komanda az hallarda qalib gələ bilər (sportal.az)
"Real" üçün sevindirici xəbər
Ronaldo, Pepe, Fiqu, Silva
"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşdi
Türk şərhçi “Qarabağ”ın idarəetməsi haqda nə dedi?
FİFA prezidenti "Kayrat"ı təbrik etdi
"Sumqayıt" "Qəbələ"ni belə məğlub etdi - Video
Kaxaber Tsxadadze azarkeşlərdən üzr istədi
"Misli Premyer Liqası çətin çempionatdır" - Saşa İliç
Çeferindən şikayətlərə cavab
"Sumqayıt" "Qəbələ"yə, "Şamaxı" "İmişli"yə qalib gəldi
Şamaxıda vurulan qol - Video
"İmişli"nin baş məşqçisi hakimlərdən narazı qalıb
İngiltərə Premyer Liqasında ayın oyunçusu oldu
"Qəbələ" - "Sumqayıt": Heyətlər
Qasperini ən yaxşı məşqçi seçildi
“Ayaks” Erik ten Haqla danışıq aparır
A seriyasında ən yaxşı seçildi
İslamiadadakı bayraqdarlarımız bəlli oldu
Azərbaycan derbilərində ən çox qol hansı oyunda vurulub?
Şamaxıda heyətlər açıqlandı
“Qarabağ” bu göstəricidə ÇL-də ilk üçlükdədir
Tanınmış məşqçi MLS klubunda
Türkiyədə 17 hakim, 1 klub prezidenti saxlanıldı
Azərbaycan derbisinə doğru: Dubl və het-triklər
FİFA ilin ən yaxşı qapıçısı adına namizədləri açıqladı
“Real”ın futbolçusu millimizlə oyunu buraxacaq
Dünyada ilin ən yaxşı baş məşqçisi adına namizədlər
İlin ən yaxşı futbolçusu adına 11 namizəd - FİFA açıqladı
"Viktoriya" - "Fənərbaxça" matçından - Video
Yeni əsərini “Qarabağ”a həsr etdi - Karikatura
Türkiyə klubu Konfrans Liqasında liderdir
Avropa Liqasında gecənin nəticələri
Messiyə Mayaminin açarı verildi
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
"Real”ın futbolçusu sıradan çıxdı
Haalandın bombardirlər arasında da rekordu var
"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır
“Qarabağ”la oyunda zədələnən Laviya uzun müddət oynamayacaq
“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı
"Fiziki cəhətdən zəif təsir bağışladıq" - Yevgeni Kukseviç
Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir
Futzal millimiz məğlub oldu