UEFA ÇL-in 1/8 finalında keçirilən "Atletiko" - "Real" matçı ilə bağlı açıqlama verib.
QOL.az xəbər verir ki, sözügedən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk görüşdə "Real" 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Bu zaman komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə "kral klubu" üstün olaraq mərhələ adlayıb - 4:2.
Penalti zərbələrində "Atletiko"nun futbolçusu Xulian Alvares dəqiq fərqlənsə də, onun qolu sayılmayıb. Buna səbəb futbolçunun topa iki dəfə toxunması olub. UEFA isə bununla bağlı bildirib:
"Madrid "Atletiko"su dünən Çempionlar Liqasında "Real"la matçın sonunda futbolçusu Xulian Alvaresin penalti zərbəsindən vurulan qolun ləğvi ilə bağlı UEFA-ya müraciət edib. Təmas minimal olsa da, əlavə edilmiş videoklipdə göstərildiyi kimi, oyunçu topu vurmazdan əvvəl ikinci ayağı ilə topa toxundu. Mövcud qaydaya (Oyun Qanunları, Qanun 14.1) görə, VAR hakimə qolun ləğv olunması barədə məlumat verməli idi. UEFA FİFA və IFAB ilə penalti zərbəsində topa iki dəfə toxunuşun təsadüfi olduğu hallarda qaydaya yenidən baxılıb-baxılmaması lazım olduğunu müəyyən etmək üçün müzakirələrə başlayacaq".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq