“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov Misli Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Əvvəldən məlum idi ki, hər iki tərəf əzmkar oyun nümayiş etdirəcək. 90 dəqiqə ərzində belə də oldu. Rəqib matçın əvvəlində 10 nəfərlə qaldı. Əslində azlıqda qalan rəqibə qarşı oynamaq heç də asan deyil. Çünki belədə müdafiəyə meyilli oynayırlar. Matç ərzində bir neçə qol epizodu yaratdıq. Sona yaxın hesabda önə keçsək də, üstünlüyümüzü sona kimi qoruya bilmədik. Bu da çox üzücüdür. Bundan nəticə çıxarıb, irəli baxmalıyıq.
- Yəni sözlərinizdən belə çıxır ki, rəqibin qırmızı vərəqə alması “Neftçi”nin heç də xeyrinə olmadı...
- Tam heyətlə oynayanda görüş qarşılıqlı hücumlar şəraitində keçir. Rəqib azlıqda qaldıqdan sonra daha çox müdafiəni düşünməsi normaldır. Qol imkanları yaratmaq üçün çox çalışdıq. İstəyimizə də çatdıq. Sadəcə hesabı qorumaq mümkün olmadı.
- Qələbə hesabını qorumağa nə mane oldu: ani diqqətsizlik, yoxsa arxayınçılıq?
- Ani diqqətsizlik deyərdim. Bir qədər diqqətsizliyə yol verdik və nəticədə qapımızda qol gördük. Halbuki sona qədər diqqətli olmaq lazımdır. Bu, hər bir idman növünə aiddir.
- Hər nə qədər “Neftçi”nin futbolçuları etiraf etməsələr də, görünən odur ki, fikriniz daha çox kubokdadır, nəinki çempionatda. Razısınız?
- Mən bu fikirlə razı deyiləm. Əlbəttə, avrokuboklara yollanmaq baxımından kubokda şansımız daha çoxdur. Lakin çempionatda da turnir cədvəlində bizdən öndə olan komandalara yaxınlaşmağa çalışırıq.
- Lakin xal fərqi çoxdur...
- Bəli, xal fərqi çoxdur. Ötən tur “Kəpəz”ə qalib gəlsəydik və “Turan Tovuz”la matçda 3 xalı əldən verməsəydik, turnir cədvəlində vəziyyətimiz xeyli yaxşılaşardı. Beşinci pillə ilə aramızda xal fərqi cəmi 1 olacaqdı.
- Yəni “Neftçi” üçün çempionat bitməyib?
- Xeyr. İstənilən halda 2-3 tur ərzində vəziyyət dəyişə bilər. Yuxarı pillələrdəki komandalar xal itirdikcə, onlara yaxınlaşmağımız mümkündür. Çempionatda sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, daha üst pillələrdə qərarlaşaq.
- Tezliklə yığma komandamızın təlim-məşq toplanışı start götürəcək. Millidən dəvət gözləyirsiniz?
- Əlbəttə, milli komandadan dəvət gözləyirəm. Milli hamının olmaq istədiyi yerdir. Mən də istərdim ki, dəvət alım və milli komandamız üçün əlimdən gələni edim.
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər