“Zirə”nin müdafiəçisi, Misli Premyer Liqasının 26-cı turunda “Səbail”lə görüşdə (1:0) komandasının qələbə qolunu vuran Ruan Renato oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Dramatik sonluqla başa çatan görüşdə 3 xal qazandınız. Qəbələni necə şərh edərdiniz?
- Oyunun çətin keçəcəyini bilirdik. Həftə ərzində formada olan “Səbail”ə qarşı oynayacağımızı anlayırdıq. Məşqlərimiz də bunun üzərində qurulmuşdu. Gördüyünüz kimi, rəqib sona qədər mübarizə apardı. Yalnız final fitinə saniyələr qalmış qol vurub qələbə qazandıq. Nəticədən məmnunuq.
- Demək olar ki, erkən qol vura bilməmək “Zirə”nin işini çətinləşdirdi?
- Digər oyunlarda hücumameyilli futbolçularımız şanslarda istifadə edirdilərsə, bu dəfə alınmadı. İlk hissədə hesabı aça bilmədik. Belədə istər-istəməz vaxt daraldıqca təzyiq də artır.
- Dirəkdən qayıdan toplarınız oldu. Həmin anda düşünmədiniz ki, futbol yazılmayan qanunu – vurmayana vurarlar işə düşəcək və rəqib hesabı açacaq?
- Futbolda bəzən belə situasiyalar olur. Qol vəziyyətindən istifadə edə bilmədikdə təzyiq yaranır, stressi hiss edirsən. Xüsusən də “Səbail” kimi komandaya qarşı. Çünki onlar əks-hücumlarda yaxşıdırlar. Ani diqqətsizlik rəqibin fərqlənməsinə gətirib çıxara bilərdi. Xoşbəxtlikdən bu olmadı.
- Ardıcıl 4-cü qələbənizi qazandınız və 3-cü pillədəki “Araz-Naxçıvan”la aranızdakı xal fərqi 5-ə çatdı. “Zirə”nin əmin addımlarla ötənilki kimi gümüş medala doğru irəlilədiyini söyləyə bilərik?
- Xeyr, deməzdim. Baxmayaraq ki, xal fərqimiz böyüyüb. Amma mövsümün sonuna hələ çox var. Rəqiblərimiz son ana qədər mübarizə aparacaqlar. Düşünürəm ki, avrobkuboklara gedəcək klublar son turda müəyyənləşəcək. Rəqiblər istəyimizə tez çatmağımıza imkan verməzlər. Sona qədər mübarizə aparacaqlar.
- Yarımfinaldakı rəqibin “Qarabağ” olduğunu və apreldəki sıx təqvimi nəzərə alsaq, kubokda mübarizəni dayandırmağın çempionatda “Zirə”nin xeyrinə olduğunu demək mümkündür?
- Bu fikirlə razı deyiləm. Çünki mövsümə başlayarkən qarşımızda iki hədəf var idi. Biri çempionatda mümkün olduğu qədər yuxarı pillələrdə qərarlaşmaq və kubokda final oynamaq. Təəssüf ki, “Araz-Naxçıvan”la kubok oyunlarında rəqib 3 penaltidən faydalanaraq növbəti mərhələyə adladı. Bunda individual səhvlərimizin rolu oldu. Penaltilərdə uduzmağı həzm etmək çətin oldu. Halbuki ötən ilki kimi, yenə də finalda oynamaq istəyirdik.
- Növbəti turda səfərdə “Sabah”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Çempionatda uğurlu seriyamızı davam etdirmək istəyirik. Buna görə də “Sabah” səfərində də meydana 3 xal üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı