Bu gün Misli Premyer Liqasının 26-cı tura start verilib.
QOL.az xəbər verir ki, ilk gündə bir matç keçirilib.
Turun mərkəzi oyununda “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Ağdam klubu 63 xalla çempionatın vahid lideridir. Qələbəsizlik seriyasını 6-ya çatdıran Naxçıvan təmsilçisi isə 46 xalla turnir cədvəlində üçüncüdür.
Qeyd edək ki, turun digər oyunları martın 9-da və 10-da keçiriləcək.
Misli Premyer Liqası, 26-cı tur
8 mart
19:00. “Araz-Naxçıvan” - “Qarabağ” - 1:3
Qollar: Felipe Santos, 35 (1:0), Nəriman Axundzadə, 44 (1:1), Leandro Andrade, 75 (1:2), Emmanuel Addai, 90+6 (1:3)
Qırmızı vərəqə: Felipe Santos, 82 ("Araz-Naxçıvan")
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
"Liv Bona Dea Arena"
9 mart
15:00. “Şamaxı” - “Sabah”
17:30. “Zirə” - “Səbail”
10 mart
17:00. “Sumqayıt” – “Kəpəz”
19:30. “Neftçi” - “Turan Tovuz”

Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 11 qol
Felipe Santos ("Araz Naxçıvan") - 9 qol
Cesse Sekidika ("Sabah") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu