Cümə axşamı Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Bundan sonra 1/8 finala yüksələn 16 komandanın hamısı bəlli olub. Və bu klubların siyahısına baxsanız...
Azərbaycan çempionu "Qarabağ" hazırkı Avropa Liqasında iştirakını hələ yanvarın 30-da başa vurmuş və pley-offa çıxmaq şansını daha erkən itirmişdi. Qurban Qurbanovun komandası turniri sonuncu - 36-cı yerdə bitirmişdi. Bundan sonra “Qarabağ” kifayət qədər tənqidlə üzləşdi. Aralarında haqlı olanları da vardı. Amma indi bir məqamın üstündən keçsək, ədalətsizlik olar. Çünki bu, ağdamlıların cari Avropa Liqasındakı çıxışı ilə birbaşa bağlı məsələdir.
Beləliklə, 1/8 finalda çıxış edəcək komandalara nəzər salaq.
Bu mərhələdə yarışacaq 16 klubdan altısı (!) “Qarabağ”ın rəqibi olub. Liqa mərhələsinin səkkiz turundan sonra ilk səkkizlikdə yer alanlar sırasında İngiltərənin “Tottenhem” (4-cü yer), Fransanın “Lion” (6-cı yer) və Yunanıstanın “Olimpiakos” (7-ci yer) komandaları olub. Norveçin “Bodo-Qlimt” (9-cu), Rumıniyanın FCSB (11-ci) və Niderlandın “Ayaks” (12-ci) klubları isə “səkkizliyə” düşməyə çox yaxın idi. Norveç və Rumıniya təmsilçiləri yalnız top fərqi daha pis olduğuna gör ilk səkkizlikdə yer ala bilmədilər.
“Bodo-Qlimt”, FCSB və “Ayaks” cümə axşamı günü pley-off mərhələsini (şərti olaraq 1/16 final) uğurla keçdi. Onların məğlub etdiyi komandalar müvafiq olaraq Niderlandın “Tvente”, Yunanıstanın PAOK və Belçikanın “Yunion” klubları idi.
“Qarabağ”ın yarışdığı 8 komandadan cəmi ikisi çıxışını başa vurub. Bunlar İsveçin “Malmö” və “Elfsborq” klublarıdır. Onlar 1/16 finala yüksələ bilməyiblər.
Bir daha vurğulayaq: “Qarabağ” Avropa Liqasının 1/8 finalına yüksələn 16 komandadan altısı ilə oynayıb!
İndi gəlin görək daha kimin bu qədər çox rəqibi 1/8 finala qədər gəlib. Heç kimin!
Avropa Liqasının əsas mərhələsini Romanın “Latsio” komandası 1-ci yerdə başa vurub. İtalyanlar sonradan 1/8 finala yüksəlməyi bacaran komandaların yalnız ikisi ilə qarşılaşıb.
Türkiyə təmsilçisi "Qalatasaray" üç belə komanda ilə qarşılaşıb. İstanbullular cümə axşamı Niderland təmsilçisi “AZ Alkmaar”ı keçə bilməyərək Avropa Liqasını tərk ediblər. Avrokuboklarda qalan yeganə Türkiyə təmsilçisi “Fənərbaxça” isə 1/8 finalın yalnız 4 komandası ilə üzə-üzə gəlib.
“Qarabağ” isə altı komanda ilə!
Azərbaycan çempionu səkkiz turda cəmi 3 xal toplaya bilib. 35-ci yeri tutan Fransanın "Nitsa" komandası da eyni xalı yığlb. Onlar 1/8 finalın gələcək dörd iştirakçı ilə qarşılaşıb. Eyni vəziyyət 34-cü yerdə olan Kiyev “Dinamo”su üçün də keçərlidir.
Xeyr, biz bu statistika ilə “Qarabağ”ın bumövsümkü uğursuz çıxışına haqq qazandırmırıq. Komanda zəif oynadı və inanmaq istərdik ki, Qurban Qurbanov uğursuzluğun əsl səbəblərini dərindən öyrənəcək. Lakin bununla yanaşı, Azərbaycan klubunun, artıq qeyd edildiyi kimi, rəqibləri ilə bağlı fəlakətli bəxtsizliyi də yaşanıb. Onlardan altısı avrokubok mövsümünə mükəmməl hazırlaşmışdı. “Qarabağ”dan fərqli olaraq…
(haqqın.az saytından tərcümə ilə)
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər