İspaniya Kral Futbol Federasiyası hakim Xose Munuera Montero ilə bağlı rəsmi araşdırmaya başlayıb.
QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Araşdırma Montero tərəfindən təsis edilmiş konsaltinq şirkətini hədəf alıb.
Onun müştəriləri arasında İspaniya və Avropanın digər ölkələrinin bəzi klubları ola bilər.
Vurğulanır ki, federasiyanın xüsusi komitəsi potensial maraqlar toqquşması ilə əlaqədar hakimlə bağlı araşdırmaya başlayıb. Monteroya qarşı iş açılsa, o, 100 min avro cərimə və 5 ilədək diskvalifikasiya şəklində sanksiyalarla üzləşə bilər.
La Liqa və UEFA istintaq sonlananadək müvəqqəti olaraq referiyə təyinat verməyəcək.
Xatırladaq ki, İspaniya La Liqasının 24-cü turunun “Real” – “Osasuna” matçında (1:1) Montero Madrid təmsilçisinin yarımmüdafiəçisi Cud Bellinqemə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə göstərmişdi. O, həmçinin "Real"ın qapısına penalti təyin etmişdi.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu