Türkiyə futbolunda növbəti qalmaqal baş verib.
QOL.az xəbər verir ki, Superliqanın bu gün keçirilən “Qalatasaray” - “Adana Demirspor” matçının 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb.
30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər. Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klubunun sabiq prezidenti, hələ də komandaya təsir olan Murat Sancakın tələbi ilə bu addımı atıb.
Daha sonra hakim Oğuzhan Çakır matçın dayandırıldığını elan edib.
“Adana Demirspor”un nümayəndəsi Metin Korkmaz “Qalatasaray”a deyil, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinə etlraz olaraq meydanı tərk etdiklərini açıqlayıb.
Klubun eks prezidenti Murat Sancak da etirazlarının hakimlərə olduğunu deyib. O, "Fənərbaxça"nın prezidenti Ali Koçun təlimatı ilə meydandan çıxdıqlarına dair iddiaları rədd edib.
Məsələ ilə əlaqədar yaxın günlərdə federasiya qərar verəcək. “Adana Demirspor”a texniki məğlubiyyətin veriləcəyi istisna olunmur.
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Zamiq oynadı, komandası uduzdu
“Sabah” 3 xalı 5 qolla qazandı - Video
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi