Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevə 11-HA-111 avtomobil nömrəsi hədiyyə edib.
QOL.az xəbər verir ki, bu barədə veteran pəhləvan teleqraf.az saytına müsahibəsində deyib. O bildirib ki, həmin dövlət nömrə nişanı hazırda idarə etdiyi nəqliyyat vasitəsinin üzərindədir.
H.Əliyev bahalı avtomobil nömrəsinin ona hədiyyə edilməsinin tarixçəsindən danışıb: "İdmançılar, ümumiyyətlə, bütün məşhurlar və qeyri-məşhurlar, bir sözlə, hamı istəyər ki, maşınının gözəl nömrəsi olsun. Bakı-2015 I Avropa Oyunlarından sonra bir neçə idmançımız bu nömrə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdi. Bir çoxlarına da belə nömrələr hədiyyə olunmuşdu. Amma özüm getməmişdim. Düşünürdüm ki, yəqin, nə vaxtsa mənə də hədiyyə olunar. Elə alındı ki, bir neçə il öncə cənab general Ramiz Zeynalovun qəbulunda oldum, məni gözəl qarşıladı. Gözəl də dialoqumuz oldu. Düşünmürdüm ki, mənim haqqımda belə məlumatlı, idmana bu qədər həvəsli olsun. Biz orada bir saata yaxın yalnız idmandan danışdıq. Gördüm ki, Ramiz müəllim idmana həvəsli, məlumatlıdır. Bu gün elə vəzifəli şəxslər var ki, idman ona maraqlı deyil, həmin insanların tam fərqli düşüncəsi var. Amma Ramiz müəllimin idmanla yaxından maraqlanması məni sevindirdi. Orada bir epizod oldu: 2018-ci ildə Rusiyanın Mahaçqala şəhərində Avropa çempionu olduğum görüşdə 2:7 hesabı ilə geridə olduğum halda, nəticəni öz xeyrimə dəyişmişdim. Ramiz müəllim həmin görüşdən də danışdı. Gördüm ki, doğrudan da idmana nə dərəcədə həvəslidir".
Məşhur idmançı Beyləqan seriyalı nömrəni seçmə səbəbini də açıqlayıb:
"Bu nömrə Beyləqan rayon seriyalı olsa da, özüm 1 rəqəmini xoşlayıram. Çox adam məni görəndə soruşur ki, beyləqanlısan? (gülür - red.). Hansı rəqəmi istəsəydim, onu hədiyyə edəcəkdilər. Mən də 1 rəqəmini xoşladığımdan, “11-HA-111” nömrəsini hədiyyə etdilər. O vaxtdan da o nömrədəyəm, maşınlarımı dəyişsəm də, o, dəyişməz qalır. Hər kəs, yol polisləri də məni bu nömrə ilə tanıyırlar. Düzdür, belə də tanıyırlar, amma nömrə daha tez gözə çarpdığı üçün sükan arxasında mənim oturduğumu bilirlər".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi