"İki fərqli hissə izlədik. Birinci hissədə komanda olaraq oyunumuz alınmadı. Dəyişikliklərdən sonra oyunun ritmini ələ aldıq".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 21-ci turunda "Sumqayıt"la 0:0 hesablı heç-heçə etdikləri oyun haqda deyib.
O, görüşdən sonra təşkil olunan mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb:
"Sumqayıt" səfəri hər zaman çətin keçir. Təhlükəli komandadır. Vaqif müəllimin gəlişindən sonra bu komanda dinamik, aqressiv futbol oynayır. Komanda olaraq yaxşı iş görürlər. Qazanılan xala görə sevinməliyik. Çünki gedişat elə idi ki, uduza da, qələbə də qazana bilərdik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".
Mütəxəssis öz komandasının oyun tərzi haqda da söz açıb: "Araz-Naxçıvan" heç bir oyunu müdafiədə keçirmir. Komandadan daha çox hücum etmək tələb olunur, oyun o üslubda qurulur".
E. Baxşıyev penalti zərbəsi qazanmalı olduqlarını qeyd edib: "80-ci dəqiqədə "Sumqayıt"ın qapısına penalti təyin olunmalı idi, ancaq nə VAR-dan çağıran oldu, nə də hakim qərar verdi. Komanda olaraq üzərinizə düşən meydandakı işimizdir. Futbolçularıma inanıram, möhkəm komandamız var".
"Latsio"da yeni müqavilə
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı