“Uduzmaq istəməzdik. Təəssüf ki, bu gün məğlub olduq. Futbolçularım demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildilər. Futbolun bəzən belə çirkin tərəfləri var. Bəzən 1 dəqiqənin içində hər şey tam əksinə ola bilər. "Turan Tovuz"u təbrik edirəm”.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi bu gün Misli Premyer Liqasının 20-ci turunda öz meydanında "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.
Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Son iki oyunda künc zərbəsindən 4 qol buraxmısınız. Bunun üzərində çalışırsınız?
- FKSB ilə oyundakı problemlərdən danışdım. Bugünkünə gəldikdə, mən bilmirəm qapıçı meydançasında cərimə necə olur. 5 nəfər qapıçını əhatəyə alırsa, topa çıxmağa qoymursa, buna reaksiya vermirlərsə, nə deyim? Rəqib oyunçular qapıçını əllə, bədənlə itələyir. Bu, tək indi deyil. Biz həmişə qalib gələn komandanı təbrik edirik. Neçənci oyundur belə olur. Reaksiya verilmirsə, əlbəttə ki, daha artığını edəcəklər. Qapıçı öz meydançasında toxunulmazdırsa, mən bilmirəm bu necə toxunulmazlıqdır. İkinci qolu başa düşürəm, səhv etdik. Sanki hakimlər belə epizodlara bəsit yanaşırlar. Camaatın burada haqqı var, əziyyət çəkirik. Olmaz axı belə. 12 yaşlı uşaqlara hakimlik etmirsən ki. Düz nədirsə, onu ver. Kornerdə bilmirəm qapıçıya qarşı kobudluq necə olur. Bütün oyunlarda bu hallara rast gəlirik. Bu, məğlub olmağımıza səbəb deyil. Amma necə oyunda bunları görmüşük. İki əllə futbolçumuzu itələyirlər. Əsas buna görə əsəbləşdim. Epizoda bəlkə 10 dəfə baxdım. Faiq Hacıyevin tapşırığı ancaq qapıçı ilə oynamaqdır. Başqa işi yoxdur. Şahruddin topa gedir, Faiq onu itələyir. Bu, cərimə deyilsə, nədir? Top göydə olanda oyun saxlanılmalı idi. Nəisə rəqibi təbrik edirəm. Çox istəkli idilər.
- Hakimlərin qərəzli olduğunu düşünürsüz?
- Yox. Məsuliyyətsiz deyərdim. Cavid Cəlilov qayda-qanunu biləndir. Əvvəlki komitə sədri ilə gəlib qaydaları bizə başa salırdılar. "Qarabağ"dır, "Neftçi"dir, "Turan Tovuz"dur, fərqi yoxdur. Camaat aylardır əziyyət çəkir.
- İcraiyyə Komitəsində bu məsələni qaldıracaqsız?
- Yox. Ehtiyac da yoxdur. Ora bunu qabartmaq yeri deyil. Biz futbolçularımızdan tələb edirik. Məsuliyyət çox vacib şeydir. Aldığımızın haqqını verməliyik. Çünki ailəmizi bu işlə dolandırırıq. Hamı bu cür yanaşmalıdır. Hakim ümumiyyətlə, məsuliyyətli olmalıdır.
- Rəqibin penalti gözlədiyi epizodlar da var idi. Bunları necə şərh edərdiniz?
- Olsaydı, verərdilər.
- Musa meydandan çıxandan sonra Benzia hücumda oynadı. Bundan sonra da onu həmin mövqedə görə bilərik?
- Bütün oyunlarda yox, hansısa oyunda edəcəyik.
- Rəsmi danışıq apardığınız futbolçular var?
- Yox. Heç bir futbolçu ilə danışılmır. Bir-iki futbolçu ilə maraqlandıq, özləri ilə danışdıq. Danışıq elə orada da qaldı. Hansısa təklif göndərilməyib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi