"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqada olan hakimlik qərarlarından gileylənib.
QOL.az xəbər verir ki, mütəxəssis bu haqda Çempionlar Liqası çərçivəsində keçiriləcək "Benfika"ya qarşı oyundan öncə keçirilən mətbuat konfransında deyib.
"La Liqada olan mübahisəli qərarlar? Bu, hər matçda olur. İnanılmazdır! Həmin məqamlarda düzgün qərarı vermək üçün heç VAR lazım deyil" - deyə almaniyalı məşqçi bildirib.
Qeyd edək ki, daha öncə "Barselona" La Liqanın 20-ci turunda "Xetafe" ilə matçın (1:1) son dəqiqələrində mübahisəli məqamla üzləşib. Komanda təmsilçiləri hakimə penaltı zərbəsinin aşkar olduğunu bildirsə də, cərimə verilməyib.
"Benfika" - "Barselona" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə