"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne klubla müqavilənin mümkün uzadılması ilə bağlı sualı cavablandırıb.
QOL.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin "şəhərlilər"lə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
O, hələlik klubla yeni sözləşmə üçün danışıqlar aparmadığını deyib: “Mən hələ klubla danışmamışam. Formaya düşmək istəyirdim. Bunu bacardım. İndi xoşbəxtəm. Gəlin görək gələcəkdə nə olacaq”.
Qeyd edək ki, bu mövsüm De Brüyne bütün yarışlarda 20 matça çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib. Daha əvvəl futbolçunun "Mançester Siti"dən ayrılacağı haqda xəbərlər də yazılmışdı.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə