“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqanın 22-ci turunda “Brayton”a məğlubiyyətdən (1:3) sonra oyun strategiyasında mümkün dəyişiklikdən danışıb.
QOL.az klubun saytına xəbər verir ki, o, yoluna öz planlarına uyğun davam edəcəyini deyib:
“Mən oyuna baxışımı dəyişdirmək fikrində deyiləm. Mən bunun çox aydın fərqindəyəm. Futbolçular və azarkeşlər əziyyət çəkəcək. Çox üzr istəyirəm, amma yalnız bir yol var. Biz bu anı yaşamalıyıq. Hamı nə etməli olduğumuzu bilir.
Komandamı planladığım kimi oynadacağam. Çünki əvvəldən ideya belə idi. Azarkeşlərlə, idarə heyəti ilə - hər kəslə həmişə çox açıq danışmışam. Məndən nə gözlədiklərini bilirdilər. Amma əsas olan bu deyil, bu qədər oyunda məğlub olmaq yolverilməzdir. Evdə keçirilən 5 matçdan 4-də uduzmaq, 1 qələbə qazanmaq istənilən klub üçün çox çətindir. Biz təkmilləşməliyik”.
Qeyd edək ki, Premyer Liqada 22 oyundan sonra “Mançester Yunayted” 26 xalla 13-cü yerdədir.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə