"Atletiko"nun baş məşqçisi Dieqo Simeone dünən keçirilən "Real" - "Selta" (5:2) matçı ilə bağlı mübahisələrdən danışıb.
QOL.az xəbər verir ki, argentinalı mütəxəssisə "Leqanes"ə qarşı oyundan öncə keçirilən mətbuat konfransında bununla bağlı sual veriblər.
O deyib: "Dünənki oyuna baxmamışam. Mənə matçda olan məqamlarla bağlı danışdılar. Amma bu cür hallar 100 ildir davam edir. Bilmirəm, sizi nə təəccübləndirir".
Qeyd edək ki, sözügedən matçda "Real"ın qapısına 2 mümkün penalti zərbələri verilə bilərdi. "Selta" futbolçuları bununla bağlı hakimlərə narazılığını çatdırsalar da, penalti təyin olunmayıb.
"Copa del Rey"in 1/8 finalında keçiriləcək "Atletiko" - "Leqanes" matçı sabah, Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə