“Gəncəyə gəldiyim ilk gündən qonaqpərvərliklə qarşılandım. Bu məni sevindirdi. Doğru yerə gəldiyimi hiss etdim”.
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni transferi Rati Ardazişvili klubun mətbuat xidmətinə verdiyi açıqlamada deyib:
O, yeni klubunda hər şeyin qane etdiyini bildirib: “Mənə göstərilən münasibətlə yanaşı şəraitdən də razı olduğumu deyə bilərəm. Klubun müasir bazası, məşq meydançaları var. Yeni stadion tikilir, işləri yaxınlıqdan görə bilirik. Üzərimə düşən bəslənən etimadı doğrultmaqdır. Burada oynamaq mənim üçün rahatdır. Klubuma inandığım üçün Gəncəyə gəldim”.
Gürcüstanlı futbolçu komandanın vəziyyəti ilə bağlı danışarkən qış fasiləsindən sonra durumun dəyişəcəyinə inandığını söyləyib: “Heyətimiz üzərinə düşəni edə biləcək gücdədir. Qısa vaxtda burada olmağıma baxmayaraq ab-havadan deyə bilərəm ki, komandamız elitada qalmağa fokuslanıb. Biz bir komandayıq, ailəyik, hər şeyi birlikdə etməliyik. Birgə vəziyyəti dəyişə biləcəyik. “Kəpəz”in böyük azarkeş qüvvəsi var. Sosial şəbəkələrdə yazırlar, dəstək olurlar. Onlar üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər