"Yuventus"un və "Milan"ın sabiq baş məşqçisi Massimiliano Alleqrinin yeni iş yeri müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 57 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun baş məşqçisi olacaq.
"Əl-Əhli" artıq Alleqri ilə razılaşıb. Müqavilənin detallarına yaxın günlərdə aydınlıq gətiriləcək.
Bildirilir ki, italiyalı məşqçi 2025-ci ilin iyunundan komandaya rəhbərlik edəcək. O vaxta qədər isə klub idarəçiləri müvəqqəti baş məşqçi təyin edəcəklər.
Qeyd edək ki, Alleqri ötən ilin may ayından işsizdir.
Avroliqada 18 oyun
"Qarabağ"dan acınacaqlı məğlubiyyət
Zirkzeedən "Roma"nın təklifinə cavab gəldi
David Alaba Madrid klubu ilə vidalaşır
Pol Poqbadan hər kəsi təəccübləndirən addım
Bundesliqada ilk qadın rəhbər
Xabi Alonsonun yanvara qədər vaxtı var