"Napoli"nin PSJ ilə razılaşan futbolçusu Xviça Kvaratsxeliya klubla və azarkeşlərlə vidalaşıb.
QOL.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
23 yaşlı yarımmüdafiəçi bunları deyib: "Salam! Mənim üçün çətindir, amma vidalaşmağın vaxtı gəldi. Burada heyrətamiz vaxt keçirdim. Bu xatirələri birlikdə paylaşdıq və bir çox inanılmaz emosiyalar yaşadıq. Neapol mənim evim oldu. Hər birinizə təşəkkür edirəm.
"Napoli"yə, Neapola, azarkeşlərə və Dieqo Maradonanın xatirəsinə təşəkkürlər... Mən bu sehrli hissi və birlikdə qazandığımız Skudettonu heç vaxt unutmayacağam”.
Qeyd edək ki, daha öncə mətbuatda PSJ-nin Xviça Kvaratsxeliya üçün "Napoli"yə 70 milyon avro ödəyəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Onunla 2029-cu ilə qədər müqavilə imzalancaq. Xviçanın Paris klubunda 7 nömrə forması ilə çıxış edəcəyi bildirilir.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə