"Barselona" yenidənqurma işləri aparılan "Kamp Nou" stadionunun VİP oturacaqları üçün satış elan edib.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Məlumatda bildirilib: “Barselona, son aylarda klubun üzərində işlədiyi və La Liqanın maliyyə fair-play qaydalarına uyğunlaşmaq üçün əsas olan əməliyyat çərçivəsində "Kamp Nou"nun VİP yerlərinin satışını elan edir. "Barselona" Yaxın Şərqdən 2 ayrı investorla 475 yerlik müqavilə bağlayıb. Bu müqavilələrin etibarlılıq müddəti 30 ildir. Müqavilələr üçün müvafiq sənədlər 2024-cü il dekabrın 31-də gecə yarısına qədər La Liqaya təqdim olunub".
Qeyd edək ki, "Barselona" maliyyə qaydalarını pozduğu üçün futbolçuları Daniel Olmo və Pau Viktoru La Liqada qeydiyyatdan keçirə bilmirdi. Daha sonra isə İspaniyanın Ali İdman Şurası (CSD) "Barselona"ya oyunçularını müvəqqəti olaraq qeydiyyatdan keçirməyə icazə verib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə