"Əl-İttihad"ın (Səudiyyə Ərəbistanı) hücumçusu Kərim Benzema karyerasını bitirəcəyi ilə bağlı iddialara münasibət bildirib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 36 yaşlı forvard həmin xəbərləri təkzib edib:
“Bu hekayələr həqiqətə uyğun deyil. Sadəcə cəfəngiyyatdır. Özümü yaxşı hiss edirəm və daha uzun illər oynaya bilərəm”.
Xatırladaq ki, mətbuatda futbolçunun cari mövsümün sonunda karyerasını bitirmək istədiyi yazılmışdı.
Benzema 2023-cü ilin yayında azad agent kimi "Əl-İttihad"a klubuna keçib. Bu mövsüm o, bütün turnirlərdə 11 matça çıxıb, 10 qol vurub və 3 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə