"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano "Əl-Hilal"ın futbolçusu Neymarı transfer edəcəkləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
QOL.az goal.com-a istinadən xəbər verir ki, mütəxəssis bu məlumatları şayiə adlandırıb:
“Neymar haqqında danışa bilmərik, çünki əlimizdə heç nə yoxdur. Təbii ki, o, əla oyunçudur. Dünyanın istənilən məşqçisi Neymarı öz komandasında görmək istəyərdi. Lakin siz MLS-də maaş limiti qaydalarını bilirsiniz. İndi bizim Neymarı transfer etmək imkanımız yoxdur”.
Qeyd edək ki, Neymar 2023-cü ilin yayından "Əl-Hilal"ın futbolçusudur. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. Braziliyalı oyunçu bu mövsüm zədələr səbəbindən cəmi 2 matçda meydana çıxıb.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə