"Qarabağ"ın futbolçusu Yassin Benzia komandanın təlim-məşq toplanışında iştirak etmir.
QOL.az xəbər verir ki, o, bu səbəbdən "Kəpəz"lə yoxlama matçını da buraxıb.
Hətta 30 yaşlı yarımmüdafiəçi qış hazırlığı başlasa da, hələ də Azərbaycana qayıtmayıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərə bunun səbəbləri barədə danışıb.
Mütəxəssis "Kəpəz"lə oyundan (5:1) sonra açıqlamasında bildirib ki, Benzia anasının səhhətinin yaxşı olmadığına görə Bakıya qayıtmayıb:
"Anasının durumu ağırdır. Ona görə hələ qayıtmayıb. Xəbər göndərdi və biz də razılaşdıq ki, hələlik anası ilə olsun. Nə vaxt geri qayıdacağı hələ bilinmir".
Qeyd edək ki, Y.Benzia 2023-cü ilin yayından Ağdam təmsilçisinin formasını geyinir.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə