Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika" Portuqaliya Liqa Kubokunda finala adlayıb.
QOL.az xəbər verir ki, komanda yarımfinalda "Braqa" ilə qarşılaşıb. "Benfika" 3:0 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.
Matçda hesabı 27-ci dəqiqədə Anhel di Mariya açıb. Cəmi 1 dəqiqə sonra Alvaro Karreras fərqi artırıb. 37-ci dəqiqədə isə Di Mariya özünün 2-ci, komandasının 3-cü qolunu vurub.
Keremlə Orkun da bu matçda iştirak ediblər. Orkun meydana start heyətdə çıxıb və 65-ci dəqiqədə Renato Sançezlə əvəzlənib. Kerem isə eyni dəqiqədə Andreas Şxelderupun yerinə oyuna daxil olub.
"Benfika" turnirin finalında "Sportinq"lə qarşılaşacaq. Matç yanvarın 11-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər