"Barselona"nın prezidenti Joan Laporta Ali İdman Şurasının (CSD) Kataloniya təmsilçisinin şikayətlərini müsbət cavablandırmasına emosional reaksiya verib.
QOL.az xəbər verir ki, La Liqa və İspaniya Kral Futbol Federasiyası "Barselona"nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyata alınmasına icazə verməmişdi. Klub isə Ali İdman Şurasına bu məsələ ilə əlaqədar şikayət etmişdi. Bütün sənədlər yoxlanıldıqdan sonra şura ötən gün sözügedən oyunçulara lisenziya verib.
Joan Laporta isə qeydiyyatdan imtina etdiklərinə görə La Liqa və İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmilərinə və nümayəndələrinə qarşı dəfələrlə kobud, ədəbsiz təhqirlər edib.
Laporta La Liqa və federasiya rəhbərliyini görəndə özünü tamamilə itirərək qışqırıb: “Siz həyasız insanlarsınız! Əclaflar!"
İspaniya Superkubokunun yarımfinalında "Atletik" ilə matçda VİP kabinetdə olan Laportanın La Liqa və federasiyaya ünvanladığı təhqiredici sözləri kameralara düşüb.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə