Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra vəzifəsindən ayrılacağı haqda yayılan məlumatlara münasibət bildirib.
QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis öz açıqlamasında bu məlumatları təsdiqləyib:
“Mən indi elan vermək üçün burada deyiləm, amma 2026-cı ildə olacağam (gülümsəyir). 2012-ci ildən Fransa millisindəyəm. DÇ-2026-ya qədər planlarım var. Hər şey orada dayanacaq. Çünki nə vaxtsa dayanmalıdır. Qərarım qətidir. İstəklə, həvəslə Fransa yığmasını ən yüksək səviyyəyə çatdırmaq üçün xidmət etdim. Ancaq 2026-cı il vidalaşmaq üçün çox yaxşı vaxtdır. Ən əsası odur ki, Fransa komandası uzun illər olduğu yerdə zirvədə qalsın”.
Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından Fransa millisinin baş məşqçisi vəzifəsini yerinə yetirir. Bu müddətdə komanda onun rəhbərliyi altında bütün turnirlərdə 166 matça çıxıb, 106 dəfə qalib gəlib, 31 dəfə heç-heçə edib, 29 dəfə uduzub. 2018-ci ildə Fransa yığması Rusiyada keçirilən dünya çempionatının qalibi olub. Həmçinin Deşamın komandası DÇ-2022-də finaladək irəliləyib və burada penaltilər seriyasında Argentinaya yenilib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu