Amerikalı milyarder İlon Maskın "Liverpul"u almaq istəməsi barədə məlumatlar komandanın azarkeşlərini qəzəbləndirib.
QOL.az xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə "mersisaydlılar"ın fanatlarının hiddətlənməsinə səbəb olub.
İngiltərə klubunun bir çox azarkeşi xəbərə sərt reaksiya verib. Onların şərhlərindən bir neçəsini təqdim edirik:
"İlon Maskın klubu almasını istəyən hər hansı bir "Liverpul" azarkeşi artıq "Liverpul" fanatı deyil".
"Mən inanmıram ki, İlon Maskı klubun yaxınlığında istəyən bir "Liverpul" azarkeşi olsun".
Azarkeşlərdən bəziləri isə Maskın "Liverpul"u alaraq, klubda tez bir zamanda ənənəyə uyğun olmayan dəyişikliklər etməsi ehtimalından narahatdır.
Daha əvvəl iş adamının atası Errol Mask öz açıqlamasında oğlunun "Liverpul"u almaq istədiyini bildirmişdi. Hazırda İlon Maskın sərvəti 425,2 milyard dollar qiymətləndirilir.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə