Fransa millisinin baş məşqçisi Didye Deşam vəzifəsindən ayrılacaq.
QOL.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.
Mütəxəssis yığmanı DÇ-2026-dan sonra tərk edəcək. Xəbərdə qeyd olunub ki, Deşam qərarını bu gün rəsmən açıqlayacaq.
Məşqçi son bir neçə aydır, Fransa millisindən ayrılmağı düşünürdü. O, sonda 2026-cı ilin yayında başa çatacaq müqaviləsini yeniləmək qərarını verib.
Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından Fransa millisinin baş məşqçisi vəzifəsini yerinə yetirir. Bu müddətdə komanda onun rəhbərliyi altında bütün turnirlərdə 166 matça çıxıb, 106 dəfə qalib gəlib, 31 dəfə heç-heçə edib, 29 dəfə uduzub. 2018-ci ildə Fransa yığması Rusiyada keçirilən dünya çempionatının qalibi olub. Həmçinin Deşamın komandası DÇ-2022-də finaladək irəliləyib və burada penaltilər seriyasında Argentinaya yenilib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə