Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun və U-19 yığmamızın üzvü Həsən Nəzərovun da formasını geyindiyi "Ankaragücü" Türkiyə kubokunun qrup mərhələsində ilk matçını keçirib.
QOL.az xəbər verir ki, Ankara təmsilçisi A qrupunda "İskenderunspor"la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1.
"Ankaragücü"ndən 45-ci dəqiqədə Kevin Varqa, "İskenderunspor"dan isə 79-cu dəqiqədə Muhammet Beşir fərqlənib.
Renat və Həsən də bu görüşdə iştirak ediblər. Onlar start heyətdə meydana çıxıblar və sonadək oynayıblar.
Qeyd edək ki, R.Dadaşov və H.Nəzərov ötən ilin yayından Türkiyə klubunda oynayırlar.
Əlavə edək ki, hazırda bu qrupun digər görüşündə hazırda "Fatih Karagümrük"lə "Rizespor" üz-üzə gəlir.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə