La Liqa təmsilçisi "Sevilya" Juninyonun transferi ilə bağlı "Qarabağ"la razılığa gəlib.
QOL.az-ın İspaniyanın "Eldesmarque" nəşrinə istinadən yaydığı xəbərə görə, "Sevilya" Juninyo ilə yanaşı "Auqsburq"un (Almaniya) və İsveçrə millisinin 26 yaşlı yarımmüdafiəçisi Ruben Varqası da heyətinə qatmaq üzrədir.
Bildirilir ki, "Qarabağ" və "Auqsburq"la son həftələrdəki gərgin danışıqlar müsbət nəticə verib.
"Futbolda heç bir şey müqavilə imzalanana qədər təsdiqlənmir. Bu məsələdə hər iki oyunçunun sözü əsas idi. Juninyo daha yaxşı maliyyə təkliflərinə baxmayaraq, "Sançes Pisxuanda" oynama ehtimalına heç vaxt şübhə etmirdi. O, transferin gerçəkləşməsi üçün müəyyən məbləğdən də keçdi" - deyə yazıda bildirilib.
Hər iki transferlə hüquqi işlərin çox tezliklə, hətta yaxın saatlar ərzində yekunklaşa biləcəyi qeyd olunub. O da bildirilib ki, "Sevilya" Juninyo və Varqası artıq bu həftə İspaniyada gözləyir.
Qeyd edək ki, Juninyonun transferi üçün "Sevilya"nın "Qarabağ"a 4 milyon + 1 milyon avro bonus ödəyəcəyi bildirilir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu