"Əl-Şəbab" Fatih Terimin baş məşqçiliyi altında ilk rəsmi oyununu keçirib.
QOL.az xəbər verir ki, komanda Səudiyyə Ərəbistanı Kral Kubokunda 1/4 final görüşünə çıxıb. "Əl-Şəbab" evdə "Əl-Fayha" ilə qarşılaşıb. F.Terimin kollektivi matçda 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
"Əl-Şəbab"ın qollarını 2-ci dəqiqədə Daniel Kostelo Podens və 26-cı dəqiqədə Abderrazak Hamdallah vurub. "Əl-Fayha"dan isə 88-ci dəqiqədə Əl-Rəşidi fərqlənib.
"Əl-Şəbab"ın qolları Fatih Terimə və onun məşqçilər heyətinə böyük sevinc yaşadıb.
Qeyd edək ki, "Əl-Şəbab"ın F.Terimin rəhbərliyi altında çıxdığı ilk oyun "Damac"a qarşı yoxlama matçı olub. Bu görüşdə "Əl-Şəbab" 4:1 hesabı ilə qalib gəlmişdi.
Fatih Terim'in ikinci gol sonrası yaşadığı sevinç!pic.twitter.com/Rrvcf7lb3g
— Spor Arena (@sporarena) January 6, 2025
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə