Niderland millisinin və “Barselona”nın sabiq futbolçusu Patrik Klüyvertin yeni iş yeri müəyyənləşib.
QOL.az xəbər verir ki, 49 yaşlı mütəxəssis İndoneziya millisinə baş məşqçilik edəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb
İndoneziya Futbol Federasiyası Klüyvertlə 2+2 illik müqavilə imzalayacaq. Xəbərdə qeyd olunub ki, yanvarın 12-də mütəxəssis üçün rəsmi təqdimat mərasimi keçiriləcək.
Xatırladaq ki, Klüyvertin son iş yeri Türkiyənin “Adana Demirspor” klubu olub. O, bunadək Kurasao millisini də çalışdırıb.
Klüyvert futbolçu karyerası ərzində isə "Ayaks", "Milan", "Barselona", "Nyukasl", "Valensiya", PSV və "Lill"də çıxış edib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə