"Liverpul"un hücumçusu Məhəmməd Salah daha bir uğura imza atıb.
QOL.az xəbər verir ki, o, buna ötən gün İngiltərə Premyer Liqasının 20-ci turunda "Mançester Yunayted"lə görüşdə fərqlənməklə nail olub.
Salah cari mövsümdə İngiltərə çempionatında 19 matçda 18 qol vurub və 13 məhsuldar ötürmə edib.
“Mançester Yunayted”ə vurduğu qol Salahın Premyer Liqa karyerasında 175-ci olub. Bu göstəriciyə görə o, “Arsenal”ın əfsanəvi forvardı, fransalı Tyerri Anriyə çatıb. Onların hər ikisi indi Premyer Liqanın bombardirləri siyahısında 7-ci yeri tuturlar.
Salahın növbəti hədəfi 177 qolu olan Frenk Lemparddır. Siyahıya 260 qolla Alan Şirer liderlik edir.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə