"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim bu gün "Liverpul"a qarşı keçirəcəkləri matç barədə danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis görüş haqqında fikirlərini bölüşərkən komandanın uğursuz nəticələrinə də toxunub:
"Futbolçuların üzərində böyük təzyiq var.
Yaxşı oynamayanda vəziyyət bizim üçün daha da çətinləşir. Futbolçular meydanda əsəbi olurlar, bəzən qorxurlar. Bununla məşğul olmalıyıq.
Kluba kömək etmək üçün hər şeyimi verirəm. Biz uğur qazanacağıq. Bilirəm ki, indi başa düşmək çətindir, lakin biz buna nail olacağıq”.
Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə