"Arsenal"ın qış transfer pəncərəsi üçün planları məlum olub.
QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb. London təmsilçisi "Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviçi transfer etmək niyyətindədir.
"Topçular"ın prioritet məqsədi hücumçu mövqeyini gücləndirməkdir. Qeyd olunur ki, "Arsenal" serb hücumçuya mümkün alternativ kimi "Brentford"un bombardiri Brayan Mbemonu görür.
Bundan əlavə, Premyer Liqa klubu Dortmund "Borussiya"sından Ceymi Bynoe-Qittenslə və "Bavariya"dan Leroy Sane ilə maraqlanır.
Qeyd edək ki, hazırda "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla 2-cidir. Komanda lider "Liverpul"dan 6 xal geri qalır. Lakin "mersisaydlılar"ın ehtiyatda 1 oyunu da var.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə