“Yanvar ayında transfer pəncərəsi açılır. “Sevilya”nın həmin ay bu yay buraxdığı səhvləri düzəltmək imkanı olacaq”.
QOL.az xəbər verir ki, bu sözlər İspaniyanın vamosmisevillafc.com saytında dərc olunan yazıdan götürülüb.
Bildirilib ki, klubun idman direktoru Viktor Ortanın yayda “Sevilya”ya cəlb etdiyi 2 futbolçu - Valentin Barko (cinah müdafiəçisi) və Keleçi İxeanaço (hücumçu) ümidləri doğrultmayıblar. Bu səbəbdən artıq qış fasiləsində onlara əvəzləyici tapılma prosesinə başlanılıb.

Məlumata görə, “Sevilya”nın baş məşqçisi Qarsiya Pimyenta hələlik yalnız hücum xəttinə nigeriyalı əvəz edəcək oyunçunun alınması ilə bağlı təlimat verib. Həmin hücumçu isə “Qarabağ”ın braziliyalısı Juninyodur. O, əsas transfer hədəfi olaraq qalır.
QOL.az-a daxil olan sən məlumata görə, hazırda Juninyonun transferi ilə əlaqədar “Qarabağ” və “Sevilya” arasında danışıqlar davam edir. Ağdam klubu ispanların ilk rəsmi müraciətinə təklif olunan məbləğ klubu qane etmədiyinə görə mənfi cavab verib.
Juninyonun “Qarabağ”la müqaviləsi 2028-ci ilin yayında başa çatır.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə