"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubun qış transfer pəncərəsi ilə bağlı planlarından danışıb.
QOL.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis bir neçə futbolçu transfer etmək istədiklərini deyib:
“Bəzi mövqelərdə möhkəmlətmələrə ehtiyacımız var. Hamı işə hazır olduqda, biz əvvəlki halımıza qayıdacağıq. Lakin vacib oyunçular həftələrlə və aylarla meydandan kənarda qalanda işlər çətinləşir. Mərkəz müdafiəçilərinin bütün mövsüm hazır olacağını düşünürdüm, amma problemlər var idi. Müdafiənin mərkəzini və yarımmüdafiəçi mövqeyini gücləndirməliyik. Transfer bazarı çətin və bahalıdır. Gəlin görək nə edə bilirik”.
Qeyd edək ki, "Mançester Siti" hazırda Preyer Liqanın turnir cədvəlində 31 xalla 5-ci yerdədir. Komanda Çempionlar Liqasında isə 8 xalla 22-ci pillədə qərarlaşır.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə