"Bavariya" və Almaniya millisinin sabiq futbolçusu Filipp Lam Münhen klubunun baş məşqçisi Vensan Kompaninin işini dəyərləndirib.
QOL.az xəbər verir ki, bu barədə "Bayern & Germany" səhifəsi "Х" sosial şəbəkəsində (əvvəlki "Twitter") məlumat yayıb. O deyib:
"Onlar daha yaxşı olublar. Kompaninin etdiyi komandaya aydınlıq gətirməkdir. Kim Min Ce və Upamekano əsas mərkəz müdafiəçiləridirlər və daimi oynayırlar. Bu, onlara əvvəllər çatışmayan özünəinamı verir. Aydınlıq olmadan heç bir müdafiə, heç bir komanda güvənli oynaya bilməz.
Müdafiəçilərdən öndə isə mərkəz xətt var — Yozua Kimmix, Camal Musiala və Harri Keyn. Və dörd eynisəviyyəli istedadlı vingerlər. Amma buna baxmayaraq, "Bavariya" bəzən göründüyü kimi möhkəm deyil. İndi belə üzərində işləyəcək şeylər çoxdur".
Qeyd edək ki, Filipp Lam "Bavariya"nın yetirməsi olub və 2017-ci ildə Münhen klubunda karyerasını bitirib.
"İnter"ə qayıdır
"Çelsi"yə qarşı matçı buraxacaq
Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
Azarkeşlərə görə matçı boykot edə bilərlər
"Barselona"dan yeni rekord
“Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
“Şəfa”ya kubok nə zaman təqdim olunacaq?
Hakimin səhv qərar verdiyi təsdiqləndi - Şəkil