"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının səviyyəsi haqda danışıb.
QOL.az xəbər verir ki, bu barədə "Milan News" nəşri məlumat yayıb. Mütəxəssis deyib:
"Səviyyəmiz artıb. İngiltərə liqası ilə müqayisədə bizə intensivlik çatışmırdı, o da bugünkü gün çox yüksəlib. Həmçinin bizdə mövcud olan taktikanın xaricdəkindən daha yaxşı olduğunu hesab edirəm. Bir çox sahələr təkamül edib: məşqçilərdə, futbola baxışda. Bunu Avropada da görmək olar.
İtaliya komandasına qarşı oynamaq çətindir. "Fiorentina" ard-arda iki final oynadı, "Atalanta" Avropa Liqasının qalibi oldu, "İnter" Çempionlar Liqasının finalında iştirak etdi, bu il ÇL-də beş komandamız var... Bunlar hamısı onun göstəriciləridir ki, İtaliya irəliləyib və bizim liqa daha gözəl və çətindir. İtaliyalılara qaşı oynamaq həmişə çətin olub, amma bu gün çox böyümüşük. Bizim brendimiz dünyada həmişə vacib olub".
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə