Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2024-cü ilin ən kobud üç futbolçusunun adını açıqlayıb. Bu kiçik siyahıda bir azərbaycanlı futbolçu da var.
QOL.az xəbər verir ki, siyahıdakı hər 3 futbolçu il ərzində hamıdan çox - 4 qırmızı vərəqə alıb.
Birinci yeri “Vasko de Qama”nın (Braziiya) müdafiəçisi Joau Viktor tutur. O, 37 matçda ən çox cəzalanan oyunçudur.
İkinci yerdə Braziliyanın başqa bir klubu “Juventude”nin oyunçusu Alan Ruşel qərarlaşıb. O, 4 qırmızı vərəqəni 48 matçda alıb.
Nəhayət, siyahını 3-cü yerlə “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev qapayır. Ona da 4 “qırmızı” göstərilib. Lakin həmkarlarından fərqli olaraq, Elvinin cəzaları 53 oyunu əhatə edib.
24 yaşlı sol cinah müdafiəçisi bütün bu vərəqələri klubunun oyunları zamanı alıb. Cəfərquliyev 2024-cü ildə 3 Avroliqa matçı - “Braqa”, “Bayer” və “Ayaks”la görüşdə, 1 dəfə isə Misli Premyer Liqasının “Araz Naxçıvan”a qarşı matçında qırmızı alıb.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə