İstanbulun “Qalatasaray”klubunun sponsorlardan illik gəliri müəyyənləşib.
QOL.az-ın Türkiyə mediasına istinadən yaydığı xəbərə görə, “sarı qırmızılılar” bu haqda İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) rəsmən hesabat verib.
Klubun 2024-cü ildə 25 milyon 850 min avro və 1 milyard 183 milyon 286 min türk lirəsi (bugünkü məzənnə ilə təqribən 50 milyon avro) gəliri olub.
İstanbul klubunun avro ilə ən çox gəlir qazandığı şirkətlər arasında SOCAR birinci yeri tutur - 15 milyon avro. “Puma” ikinci (5 milyon avro), “Türk Hava Yolları” 3-cü (2,5 milyon avro), “Arkham” isə 4-cüdür (1,9 milyon avro).
Türk lirəsi ilə ən çox gəlir isə “Rams” şirkətindən (245 milyon TL) olub.
Qeyd edək ki, SOCAR “Qalatasaray”ın Avropa kuboklarındakı matçlarında rəsmi titul - forma sponsorudur.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə