"Barselona" futbolçuları Dani Olmo və Pau Viktoru qeydiyyatdan keçirə biləcək.
QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Kataloniya klubunun prezidenti Joan Laporta hazırda təmirdə olan "Kamp Nou" stadionun VİP oturacaqlarını sata bilib. Satışdan əldə edilən 100 milyon avroya hər iki futbolçunu mövsümün ikinci yarısı üçün qeydiyyatdan keçirmək olacaq.
Xatırladaq ki, daha öncə Barselona şəhərinin Arbitraj Məhkəməsi klubun qeydiyyat müraciətini rədd etmişdi. "Barselona" dekabrın 30-da məhkəməyə daha bir müraciət göndərəcək.
Qeyd edək ki, Kataloniya təmsilçisi son bir neçə ildə yeni futbolçularını qeydiyyatdan keçirməkdə çətinlik çəkir. Buna səbəb isə klubun La Liqanın maliyyə qaydalarına uyğun gəlməməsidir.
Daha öncə "Barselona" Olmonu zədəli futbolçuları Andreas Kristensenin əvəzinə qeydiyyatdan keçirmişdi. Yayda imzalanan müqaviləyə əsasən, 26 yaşlı futbolçunu mövsümün ikinci yarısına qeydiyyatdan keçirə bilməsələr, o, azad agent statusunda klubu tərk edəcək.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə