"İnter"in 30 yaşlı yarımmüdafiəçisi Hakan Çalhanoğlu ötən yay "Bavariya"nın transfer təklifini rədd edib.
QOL.az "Corriere delli Sport"a istinadən xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi öz açıqlamasında bildirib.
O, Münhen təmsilçisinə rədd cavabı verməsinin səbəbindən danışıb:
“Mənim arzum “İnter”lə Çempionlar Liqasını qazanmaqdır. "Bavariya keçən yay məni heyətinə qatmaq istəyirdi, amma mən karyeramı burada bitirmək istərdim".
Qeyd edək ki, türkiyəli futbolçu 2021-ci ilin yayından "İnter"də oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 153 matça çıxıb, 32 qol vurub, 26 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə